Sahibkarlar Xankəndində yaşayış binaları tikə biləcək

Xankəndində sahbkarlar tərəfindən yeni yaşayış binaların tikilməsinə icazə veriləcək. Bu barədə APA agentliyi Xankəndi, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubovun çıxışına istinadan yazıb.
Xüsusi nümayəndə hazırkı binaların istismar müddətinin başa çatdığını bildirib.
Yusubov vurğulayıb ki, Xankəndində dövlət büdcəsi hesabına yox, özəl sektorda çalışanlar şəhərdə yeni yaşayış binaları tikə biləcək.
İndiyədək Qarabağa İşğaldan azad edilən ərazilərdə 43 min 144 nəfərin köçürülməsi təmin edilib.
Xankəndi 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Xankəndi 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edildikdən sonra qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı olub.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən bura Rusiya sülhməramlılarının nəzarətinə keçib və sülhməramlı qüvvələrin mərkəzi qərargahı yerləşdirilib.
Lokal antiterror tədbirləri nəticəsində sentyabrın 29-dan etibarədən şəhərdə Azərbaycan polisinin nəzarəti bərpa edilib.
2023-cü il oktyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev Xankəndində Dövlət Bayrağını qaldırıb.
Noyabrın 8-də İkinci Qarabağ Müharibəsi qələbəsinə həsr olunmuş təntənəli hərbi parad keçirilib.
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar
Son xəbərlər
Daha çox 