Mingəçevirdə iki məktəblini maşın vurub

Mingəçevirdə yolu keçmək istəyən iki məktəblini maşın vurub.
“Qafqazinfo”nun xəbərinə görə, yol nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
“KİA” markalı avtomobilin iştirakı ilə baş vermiş qəza zamanı 2008-ci il təvəllüdlü Ədalət Nəzirli və onun həmyaşıdı Murad Məmmədli müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ə.Nəzirli və M.Məmmədli 11-ci sinif şagirdləridir.
Faktla bağlı araşdırma aparılır.