• $ 1.7
  • € 1.9969
  • ₽ 0.021375
  • ₺ 0.0419
  • £ 2.2839

"Azercell" abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır

"Azercell" abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
02.06.2025 23:00

19 iyun 2025-ci il tarixindən etibarən “Azercell Telekom” fakturasız (SimSim) xətt istifadəçiləri üçün mobil rabitə xidmətlərindən daha rahat və şəffaf şəkildə istifadəni təmin edən yeni tarif mexanizmini tətbiq edir. 


Yeni qaydalara əsasən, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan tarifdaxili danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq.


Qeyd edək ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə, xidmətlər dayandırılırdı. Məsələn, “Azercellim” və ya “Bölgə” tariflərinə qoşulmuş istifadəçi 2 AZN yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə tarif daxilində verilmiş və istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi. 


Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir.


Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunur. Artıq balansa yükləmə məbləğdən asılı olmayaraq, sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq.


Bu yenilik “Azercell Telekom”un müştəri təcrübəsini təkmilləşdirməyə və abunəçilərə gündəlik rabitə ehtiyaclarına uyğun daha səmərəli xidmətlər təqdim etməyə yönəlmiş strategiyasının bir hissəsidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha bir direktorun səs yazısı yayıldı- Video
Cəmiyyət 23:10
Daha bir direktorun səs yazısı yayıldı- Video
Azərbaycanda dövlətə məxsus PHŞ-lərə büdcə hesabına məqsədli vəsaitlərin ödənilməsi qaydası dəyişib
Cəmiyyət 23:00
Azərbaycanda dövlətə məxsus PHŞ-lərə büdcə hesabına məqsədli vəsaitlərin ödənilməsi qaydası dəyişib
Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verilib
Cəmiyyət 22:59
Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verilib
Gəncədə yeniyetmə qız 4-cü mərtəbədən düşüb
Cəmiyyət 22:00
Gəncədə yeniyetmə qız 4-cü mərtəbədən düşüb
В Узбекистане в канал попала нефть из-за аварии
Cəmiyyət 20:54
В Узбекистане в канал попала нефть из-за аварии
Qovların Baş planı təsdiq edildi
Cəmiyyət 20:43
Qovların Baş planı təsdiq edildi
Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib
Cəmiyyət 20:17
Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib
Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb
Cəmiyyət 19:10
Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb
Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə!
Cəmiyyət 17:42
Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol