• $ 1.7
  • € 1.9425
  • ₽ 0.021533
  • ₺ 0.0434
  • £ 2.2992

Şahdəniz qaz yatağının işlənməsində növbəti mərhələyə start verilib

Şahdəniz qaz yatağının işlənməsində növbəti mərhələyə start verilib
03.06.2025 11:52

Şahdəniz konsorsiumu çərşənbə axşamı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz qaz yatağının inkişafının növbəti mərhələsi olan Şahdəniz Kompressiya (ŞDK) layihəsi üzrə yekun investisiya qərarı verib.

Şahdəniz layihəsində iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%) və MVM (5,00%).

2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. 

Layihə aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını artırmaq və ümumi resursların maksimum səviyyədə çıxarılmasını təmin etmək məqsədi daşıyır. 

Layihə təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barrelə yaxın əlavə kondensat hasilatı və ixracına imkan verəcək.

Yekun investisiya qərarının imzalanması mərasimi Bakı Enerji Həftəsi çərçivəsində keçirilib.

“Şahdəniz Kompressiya layihəsi Azərbaycanın enerji tarixində yeni və mühüm bir mərhələdir. Bu, resursların uzunmüddətli işlənməsi, texnoloji inkişaf və beynəlxalq tərəfdaşlığa sadiqliyimizi göstərir. Layihə həm regionda enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də yerli iqtisadiyyat və işçi qüvvə üçün yeni imkanlar yaradacaq.”, - SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

Layihə çərçivəsində 85 metr dərinlikdə yerləşəcək, elektriklə işləyən və heyətsiz olacaq yeni kompressiya platforması (eNUI) quraşdırılacaq. 

Platforma Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB) platformalarından hasil olunan qazın kompressiyası üçün əsas qurğu kimi xidmət edəcək və ixrac qazı Səngəçal terminalına göndərilməzdən əvvəl burada sıxılacaq.

Layihə, həmçinin, mövcud infrastrukturla əlaqəni təmin edəcək yeni sualtı boru kəmərləri və elektrik-şəbəkə kabel xətləri daxil olmaqla bir sıra köməkçi obyektlərin tikintisini nəzərdə tutur.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanması və 2029-cu ildə tamamlanması planlaşdırılır. İşlərin əsas hissəsi Azərbaycanda yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və təxminən 4,000 iş yeri yaradılacaq.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lerikdə zəlzələ olub - Yenilənib
Cəmiyyət 23:49
Lerikdə zəlzələ olub - Yenilənib
Bakıda 20 istiqamətdə sıxlıq müşahidə olunur
Cəmiyyət 18:20
Bakıda 20 istiqamətdə sıxlıq müşahidə olunur
Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək
Cəmiyyət 18:06
Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək
Azərbaycanda qanunsuz dini yığıncaqlar təşkil edən əcnəbilər ölkədən çıxarılıb
Cəmiyyət 17:26
Azərbaycanda qanunsuz dini yığıncaqlar təşkil edən əcnəbilər ölkədən çıxarılıb
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb
Cəmiyyət 16:07
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb
Bayram və istirahət günlərinin yeri dəyişdirilib
Cəmiyyət 15:15
Bayram və istirahət günlərinin yeri dəyişdirilib
6 iyun bayram namazı qılınacaq - QMİ sədri
Cəmiyyət 15:03
6 iyun bayram namazı qılınacaq - QMİ sədri
Gənc əsgərlər valideynləri ilə görüşə bilməyəcək - Müdafiə Nazirliyindən açıqlama
Cəmiyyət 14:56
Gənc əsgərlər valideynləri ilə görüşə bilməyəcək - Müdafiə Nazirliyindən açıqlama
38 aptekdə yoxlama keçirilib
Cəmiyyət 14:49
38 aptekdə yoxlama keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol