Bir ay ərzində sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarıllıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 793 min 325 manat оlan qaçaqmal, о cümlədən “Astra” markalı tapançaya məxsus daraqla birlikdə 17 ədəd patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.
Son xəbərlər
Daha çox 