• $ 1.7
  • € 1.9425
  • ₽ 0.021533
  • ₺ 0.0434
  • £ 2.2992

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
03.06.2025 12:30

Sabah Bakıda külək zəifləyəcək, rayonlarda güclənəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18°, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lerikdə zəlzələ olub - Yenilənib
Cəmiyyət 23:49
Lerikdə zəlzələ olub - Yenilənib
Bakıda 20 istiqamətdə sıxlıq müşahidə olunur
Cəmiyyət 18:20
Bakıda 20 istiqamətdə sıxlıq müşahidə olunur
Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək
Cəmiyyət 18:06
Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək
Azərbaycanda qanunsuz dini yığıncaqlar təşkil edən əcnəbilər ölkədən çıxarılıb
Cəmiyyət 17:26
Azərbaycanda qanunsuz dini yığıncaqlar təşkil edən əcnəbilər ölkədən çıxarılıb
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb
Cəmiyyət 16:07
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb
Bayram və istirahət günlərinin yeri dəyişdirilib
Cəmiyyət 15:15
Bayram və istirahət günlərinin yeri dəyişdirilib
6 iyun bayram namazı qılınacaq - QMİ sədri
Cəmiyyət 15:03
6 iyun bayram namazı qılınacaq - QMİ sədri
Gənc əsgərlər valideynləri ilə görüşə bilməyəcək - Müdafiə Nazirliyindən açıqlama
Cəmiyyət 14:56
Gənc əsgərlər valideynləri ilə görüşə bilməyəcək - Müdafiə Nazirliyindən açıqlama
38 aptekdə yoxlama keçirilib
Cəmiyyət 14:49
38 aptekdə yoxlama keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol