Deputat təklif edir ki, sərhədyanı kəndlərdə işıq və qaz limitləri 3 dəfə azaldılsın

Əhalinin Bakıya gəlməsinin qarşısını almaq üçün sərhədyanı kəndlərdə işıq və qaz tariflərini 3 dəfə azaltmağa ehtiyac var. Bu barədə deputat Zahid Oruc Milli Məclisdə təklif verib.
"Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektirk və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir. Üstəlik, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var. Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artıqdca, sıxlığın yaratdığı problemlər-mənzil, əmək və yollar, körpülər, keçidlərə qpyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik", - deputat bildirib.
Bundan əvvəl bir neçə deputat sərhədyanı bölgələrdə işıq və qaz limitlərinin azaldılması ilə bağlı Milli Məclisdə təkliflər verib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 