“WhatsApp”da yeni funksiya işə düşüb

“WhatsApp”a yeni funksiya – istifadəçi adı (username) yaratmaq imkanı əlavə edilib. Yenilik messencerin yalnız beta versiyasında mövcuddur, “9to5mac” yazır.
“Telegram”, “Signal” və digər messencerlərdə olduğu kimi, burada da istifadəçi adı kontaktın nömrəsini əvəz edəcək. Beləliklə, həmsöhbətinizin mobil nömrəsini bilməsəniz də, onunla əlaqə yaratmaq mümkün olacaq.
İstifadəçi adı funksiyasının nə zaman istifadəyə veriləcəyi hələ açıqlanmayıb. Lakin bunun qısa bir zamanda baş verəcəyi gözlənilir, nəşr qeyd edir.
Son xəbərlər
Daha çox 