Mərkəzləşmiş istilik sistemi vətəndaşlara iqtisadi baxımdan faydalı olacaq

Mərkəzləşdirilmiş istilik sisteminin qurulması vətəndşlara həm iqtisadi baxımdan həm də qaz sərfiyyatı baxımından faydalı olacaq. Bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
“Hazırda istilik təminatı ilə bağlı mövcud olan sistem köhnədir. Yeni qanundan sonra bu sistem yeniləcək. Bu sistemi yeni tikililərdə qurmaq daha asan olacaq. Köhnə tikililərdə bunu qurmaq çox da asan olmayacaq. Bu istiqamətdə . regionalarda sistemli şəkildə idarəçilik mövcud olacaq. İnsanları narahat edən məsələyə son qoymağın vaxtı çatıb. Həm iqtisadi bxımından həm də qaz sərfiyatı baxımdan faydalıdır”, - deputat Milli MəclisininTəbii ehtiyatlar, energetika və ekologiya komitəsində istilik sistemi ilə bağlı keçirilən dinləmədə deyib.
Gülnar Nazimqızı