Qarabağda çoxmənzilli binalarda mərkəzləşmiş istilik sistemi qurulacaq

Qarabağda tikilən çoxmənzilli binalarda mərkəzləşdirilmiş istilik sistemləri qurulacaq. Bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.
“Qarabağda istilik təchizatı ilə bağlı konsepsiya hazırlayıb vermişik. Orada çoxmənzilli binalar üçün mərkəzi istilik sistemi qurulması nəzərdə tutulur. Qaz olmayan yerdə alternaitv istilik tövsüyə olunub”,-o bildirib.
Mirzəyev vurğulayıb ki, köhnə binalarda istilik sisteminin qurulmasında ciddi problemlər var və bu əlavə xərclərə yol açır.
Gülnar Nazimqızı