Xarici turistlərin Qarabağa cəlb olunması gözlənilir

Xarici turistlərin Qarabağa səfərlərinin təşkil edilməsi gözlənilir. Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan yeni istiqamətdə turizm məhsulları hazırlayır. Hazırda ən mühüm Qarabağla bağlı işlərin marketini aparırıq. Bu istiqamətdə xarici partnyorlar tərəfindən yüksək maraq görürük.Turistlər arasında da Qarabağa səfərlərin təşkil edilməsi ilə bağlı maraq böyükdür. Xarici turistlər üçün Qarabağa səfərin təşkil edilməsi gözlənilir",- müşavir bildirib.
Bu gün BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında Turizm Agentliyinin sədri deyib ki, Qarabağa turistlərin cəlb olunması əsas mühüm məsələlərdən biridir.
Fuad Nağıyev vurğulayıb ki, Azərbaycan avropalıları bu istiqamətdə cəlb etməyə səy göstərəcək.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 