Çin hələlik Azərbaycana toyuq ayaqlarının ixracına icazə verib

Çin hələlik Azərbaycana toyuq ayaqlarını ixrac etməyə icazə verib. Bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO-nun rəhbəri Yusif Abdullayev anews.az-ın sualını cavablayarkən deyib.
"Bəzi məhsulların Çin bazarlarına idxalı üçün xüsusi icazələr lazımdır. Bu prosedurları Çin tərəfindən adiyyatı qurumları təsdiq etməlidir. Potensialları məhsulların siyahısı çıxarılır və AQTA tərəfindən müraciət olunur. Müraciətdə meyvə-tərəfəz, ət məhsulları var. Hazırda icazəsi olan toyuq ayaqları məhsullarıdır. Bu Çində böyük idxal potensialı olan bir məhsuldur.Azərbaycandan artıq toyuq ayaqlarının ixracına Çindən icazəsi alınıb",- Abdullayev bildirib.
Qurum rəhbəri vurğulayıb ki, icazə prosesi təxminən 1-3 il ərzində zaman alır.
"İcazə prosedurları kifayət qədər zaman alır. İcazə prosedurları 1-3 ilə qədər zaman alır. Çalışırıq ölkələrin arasında olan birgə komissiyaların fəaliyyətindən istifadə etməklə bu prosedurları tezləşdirək",- o bildirib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 