• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

DİM-in tarix fənni üzrə ekspert komissiyası məlumat yayıb

DİM-in tarix fənni üzrə ekspert komissiyası məlumat yayıb
05.06.2025 18:20

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı Mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib.Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, görüşdə tarix fənninə aid və imtahanda istifadə olunan 3 test tapşırığı ilə bağlı səsləndirilən iradlarla əlaqədar müzakirələr aparılıb. Bu müzakirələrdən sonra DİM-in ekspertlər qrupunun iclası keçirilib və aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan Xalq Cümhuriyyəti mövzusu ilə bağlı aşağıdakı məzmunda təqdim edilən test tapşırığı doğru tərtib edilmiş, qəbul proqramına və dərsliklərə uyğundur.

AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətləri müəyyən edin.

Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi

Qanunverici orqan olan parlamentin fəaliyyət göstərməsi

Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması

F. Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi

Hökumətin qanunverici səlahiyyətlərə malik olması

Mövzu: Azərbaycan Xalq Cümhuriyyəti

Sinif: 9, 11 - Azərbaycan tarixi

Doğru cavab: 1,3,4

2. “Dünya ölkələri II Dünya müharibəsindən sonra” mövzusunda aşağıda təqdim edilən mənbə əsasında cavablandırılmalı olan tapşırıqda yoxlanılan biliklər dərslikdə verilən məlumatlar çərçivəsində və mənbə əsasında tərtib edilən tapşırıqlara qoyulan tələblərə uyğundur.

Mənbə:

“1970-ci illərdə Ərəb ölkələri yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibəyə başladılar. Neftin qiymətinin dörd dəfə artması və dünyada iqtisadi böhranın yaratdığı çətinliklər İsrail və müttəfiqlərini danışıqlara getməyə məcbur etdi. Onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istəyirdilər. İsrail və müttəfiqləri bu məqsədi Kemp-Deviddə imzalanmış sazişlə həyata keçirməyə nail oldular.”

Tapşırıq:

Bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi və iqtisadi (hər birinə aid bir) amili yazın.

Mövzu: Dünya ölkələri II Dünya müharibəsindən sonra.

Sinif: 9, 11 – Ümumi tarix

İzah: 1. iqtisadi amil neft şokunun baş verməsi və neftdən beynəlxalq münasibətlərdə təsir vasitəsi kimi istifadə edilməsi;

siyasi amil isə ABŞ-nin İsraili, SSRİ-nin ərəb ölkələrini dəstəkləməsi idi.

3. Ekspert komissiyası tərəfindən aparılan müzakirələr nəticəsində “Səfəvilər dövründə Azərbaycan mədəniyyəti” mövzusunda aşağıda təqdim edilən test tapşırığının doğru cavabının 2 və 3-cü bəndlər olması elmi mənbələrdə öz əksini tapmasına baxmayaraq, 8-ci sinif üzrə müxtəlif illərdə nəşr olunan Azərbaycan tarixi dərsliklərinin bəzilərində Məhəmməd Tahir Vahidin Şah II Abbasın tarixçisi olub sonra vəzir vəzifəsinə qədər yüksəlməsi, digərlərində Şah II Abbasın tarixçisi olub sonra isə baş vəzir vəzifəsinədək yüksəlməsi ilə bağlı bir-biri ilə uzlaşmayan məlumatlara istinad edildiyinə görə həmin tapşırıq bütün abituriyentlər tərəfindən doğru cavablandırılmış hesab olunur.

Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıraları müəyyən edin.

Mövzu: Azərbaycan mədəniyyəti

Sinif: 8, 10 - Azərbaycan tarixi

Doğru cavab: *

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:51
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Göygöldə qəza olub,maşın su kanalına düşüb
Cəmiyyət 16:45
Göygöldə qəza olub,maşın su kanalına düşüb
Tovuzda oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - Yenilənib
Cəmiyyət 16:10
Tovuzda oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - Yenilənib
Bakıda bu parkinqlərdə qiymətlər artırılıb - Video
Cəmiyyət 14:26
Bakıda bu parkinqlərdə qiymətlər artırılıb - Video
Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb
Cəmiyyət 14:25
Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb
"Azərsun Holdinq" Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
Cəmiyyət 12:54
"Azərsun Holdinq" Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb
Cəmiyyət 12:41
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb
Sabahın haba proqnozu
Cəmiyyət 12:20
Sabahın haba proqnozu
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - Video
Cəmiyyət 10:59
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol