Şamaxı və Xızıda zəlzələ olub - Yenilənib

Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ olub.Bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 10:18-də baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
08:53
Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb”, – məlumatda qeyd olunub.
Yerli vaxtla 06:40-da qeydə alınmış yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.
Son xəbərlər
Daha çox 