• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Təcrübəli həkimlər kənarda, yeni bitirənlər iş başında – plastik cərrahlar narazıdır

Təcrübəli həkimlər kənarda, yeni bitirənlər iş başında – plastik cərrahlar narazıdır
10.06.2025 13:08

Səhiyyə Nazirliyi 2011-ci ildən əvvəl 20 ilə yaxın fəaliyyət göstərmiş plastik cərrahların da sertifikatını ləğv edib.

Bu barədə anews.az-a müsahibəsində 15 ildən artıq plastik cərrah kimi çalışan Həkimlərin Təkmilləşdirmə İnstitutunun dosenti Rəşad Babayev məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2019-cu ildə təsdiqlədiyi qərara əsasən, bir şəxs ixtisas imtahanından keçməsə belə, əgər son beş il ərzində müvafiq tibb müəssisəsində fəaliyyət göstəribsə, ona sertifikat verilməsi nəzərdə tutulur.

“Lakin Səhiyyə Nazirliyi 2011-ci ildən əvvəl fəaliyyət göstərmiş həkimlərin sertifikatını ləğv edib. Bu qəbildən olan təxminən 15-20 həkim var. Onların qarşısında plastik cərrahiyyə üzrə rezidentura təhsili keçmək tələbi qoyulub. Halbuki 2011-ci ildən öncə rezidentura sistemi yox idi və bu tələb tamamilə məntiqsizdir. Üstəlik, rezidentura təhsili tələb olunan bu şəxslər artıq 10-15 ildir ki, peşəkar plastik cərrah kimi fəaliyyət göstərirlər. Sertifikatlarımız ləğv olunduğu üçün hazırda cərrahi əməliyyat icra edə bilmirik. Nəticədə klinikalar da sənədsiz qalmış həkimləri işdən azad edib. Problem ondadır ki, işdən çıxarılma səbəbi də rəsmi şəkildə göstərilmir. Nazirlik saxta yollarla sertifikat almış həkimlərin sənədlərini ləğv etməlidir. Biz də istəyirik ki, saxta həkimlər müəyyən edilərək sistemdən uzaqlaşdırılsın,” – Babayev deyib.

O əlavə edib ki, onların səhvi olmayan şəxslərin günahına görə cəmiyyətə “saxta həkim” kimi təqdim olunması yolverilməzdir.

“Zamanında sənədlərimizi Nazirliyə təqdim etmişik və onlar da təsdiqləyib. Biz işimizi plastik cərrahiyə sahəsində qurmuşuq. İndiki vəziyyətdə isə bizə saxta həkim damğası vurulur. Bizə yalnız ümumi cərrahiyyə üzrə kurs keçmək və imtahan vermək imkanı yaradılıb. Bu isə bizə qarşı açıq-aşkar ədalətsizlikdir,” –  o bildirib.

Həkim hesab edir ki, sertifikatı ləğv olunmuş həkimlərin sənədlərinə fərdi qaydada yenidən baxılmalıdır:

“Onların əməliyyat təcrübəsi və praktik fəaliyyəti nəzərə alınaraq sənədləri imtahan yolu ilə bərpa edilməlidir. Komissiya sahəsində ixtisaslaşmış və müvafiq təhsil almış yerli həkimlərin sertifikatını ləğv edib, əvəzində isə yalnız Türkiyə və Rusiyada təhsil almış bir neçə mütəxəssisə icazə verilib. Azərbaycanda mənim yetişdirdiyim 12 rezidentin yalnız sertifikatı təsdiqlənib. Nazirlik rezidenturadan başqa heç bir təhsili qəbul etmir. 250 müraciətdən yalnız 42-si təsdiqlənib. Növbəti mərhələdə isə yalnız Türkiyə və Rusiyada təhsil almış həkimlərin adlarının siyahıya salınması planlaşdırılır,” – Babayev qeyd edib.

Babayevin sözlərinə görə, sertifikasiya imtahanı zamanı komissiyada onunla bağlı əsassız pasiyent şikayətləri də gündəmə gətirilib:

“İmtahan komissiyasının tərkibində 25 nəfər qeyri-profilli şəxs var idi. Onlar müxtəlif, bəzən tamamilə mənasız suallar verirdilər: ‘Nə üzrə elmi iş yazmısınız?’, ‘Rezidentləriniz kim olub?’, ‘Hansı əməliyyatları icra etmisiniz?’, ‘Sertifikatınızı hansı mərtəbədə almısınız?’, ‘İmtahanı harada vermisiniz?’, ‘Zalı təsvir edin.’ Hətta guya mən hansısa xəstəni əməliyyat etmişəm və o narazı qalıb kimi iddialar səsləndirildi. Halbuki ad çəkilən xəstəxanada ümumiyyətlə heç vaxt işləməmişəm, hətta yolunu belə tanımıram,” –  o əlavə edib.

Babayev bildirib ki, onların məsələsi ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilsə də, hələ də cavab ala bilməyiblər.

Səhiyyə Nazirliyi isə anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, Komissiyanın qərarlarından narazı olan həkimlər məhkəməyə müraciət etmək hüququna malikdirlər.

“Komissiyanın qərarlarına uyğun olaraq siyahıya adları daxil edilməyən həkim-mütəxəssislərin Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb. Bəziləri isə ümumiyyətlə tələb olunan sənədləri Komissiyaya təqdim etməyiblər. Siyahıya düşməyən həkimlər yalnız ali tibb ixtisas təhsili sənədinə uyğun verilmiş ixtisaslar üzrə fəaliyyət göstərə bilərlər. Onlar plastik cərrahiyyə sahəsində qanunvericiliyə uyğun olaraq rezidentura təhsili almadan fəaliyyət göstərə bilməzlər. Komissiyanın qərarlarından narazı olan həkimlər məhkəməyə müraciət edə bilərlər,” –  cavabda qeyd olunub.

Gülnar Nazimqızı
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Buzovnada dənizdə bir nəfər batıb
Cəmiyyət 20:26
Buzovnada dənizdə bir nəfər batıb
Hava ilə bağlı xəbərdarlıq
Cəmiyyət 19:47
Hava ilə bağlı xəbərdarlıq
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub/Yenilənib
Cəmiyyət 18:03
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub/Yenilənib
Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:21
Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
Cəmiyyət 16:14
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
Cəmiyyət 15:39
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
Cəmiyyət 15:07
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
Cəmiyyət 14:52
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
Cəmiyyət 13:59
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol