İranda qalan rusiyalılar Azərbaycan quru sərhəddindən keçəcək

Azərbaycan İranda qalan Rusiya vətəndaşlarını quru yolla ölkəyə keçirilməsinə şəriat yaradacaq. Bu barədə Xarici İşlər Nazirliyinə yaxın etibarlı mənbələrdən əldə olunan məlumatda bildiriir.
"Yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur", - məlumatda deyilir
İyunun 13-də İsrail İrana hücum edib.
Bu gün Rusiya mətbuatı da yazaraq bildirib ki, onların 50-dən çox sənətçisi İranda qalıb.
Son xəbərlər
Daha çox 