• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

"Maşa və ayı" cizgi filminə görə “Space TV”yə xəbərdarlıq edilib

"Maşa və ayı" cizgi filminə görə “Space TV”yə xəbərdarlıq edilib
13.06.2025 18:50

13 iyun tarixindəAudiovizual Şuranın onlayn iclası keçirilib.

İclasda “Space TV” kanalının efirində cari ilin 7 iyun, 8 iyun və 9 iyun tarixlərində yayımlanan “Maşa və ayı” cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.

“Maşa və ayı” cizgi filminin Azərbaycan ərazisində müstəsna yayım hüququnun “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal “Media haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 20:52
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb-Yenilənib
Cəmiyyət 19:52
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb-Yenilənib
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
Cəmiyyət 18:39
Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
Cəmiyyət 17:52
32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
Taxıl biçini yekunlaşıb
Cəmiyyət 17:42
Taxıl biçini yekunlaşıb
İyulun 6-sı bu yollar bağlı olacaq
Cəmiyyət 17:35
İyulun 6-sı bu yollar bağlı olacaq
Son bir həftədə təbiətə 81 min manatdan çox ziyan vurulub
Cəmiyyət 17:28
Son bir həftədə təbiətə 81 min manatdan çox ziyan vurulub
Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək
Cəmiyyət 16:10
Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol