• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Bu gün 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq

Bu gün 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
14.06.2025 08:50

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın, IX sinfi isə təxminən 158 minə yaxın şagird məzun olur.

Eyni zamanda cari tədris ilində işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb:

“Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təklükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik”.

Tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.

2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var
Cəmiyyət 21:59
Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var
Bilgəhdə uşaq dənizdə batıb
Cəmiyyət 19:27
Bilgəhdə uşaq dənizdə batıb
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Cəmiyyət 18:20
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Lənkəranda yeniyetmə dənizdə boğulub
Cəmiyyət 18:18
Lənkəranda yeniyetmə dənizdə boğulub
Azərbaycandan tranzitlə keçən “təzə qarpız” yükündə narkotik aşkarlanıb
Cəmiyyət 17:02
Azərbaycandan tranzitlə keçən “təzə qarpız” yükündə narkotik aşkarlanıb
AZAL bu istiqamətlərə aviareysləri ləğv edib
Cəmiyyət 15:30
AZAL bu istiqamətlərə aviareysləri ləğv edib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:25
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Binəqədi–Novxanı yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 13:00
Binəqədi–Novxanı yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:55
Sabahın hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol