• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

FHN əhaliyə müraciət edib

FHN əhaliyə müraciət edib
15.06.2025 10:23

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə bildirilir:

"Yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır:

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Həmçinin, Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
AZAL Çukurova Hava Limanına ilk reysini həyata keçirib
Cəmiyyət 20:35
AZAL Çukurova Hava Limanına ilk reysini həyata keçirib
Şıx çimərliyində batan iki gəncin meyiti tapılıb - Yenilənib
Cəmiyyət 18:48
Şıx çimərliyində batan iki gəncin meyiti tapılıb - Yenilənib
Bakıda yeni hərəkət zolağı yaradılıb
Cəmiyyət 18:20
Bakıda yeni hərəkət zolağı yaradılıb
Sabirabadda klinikada baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:17
Sabirabadda klinikada baş verən yanğın söndürülüb - Yenilənib
Naxçıvanda mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var
Cəmiyyət 17:15
Naxçıvanda mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var
Bakıda külək ağacı qadının üzərinə aşırıb
Cəmiyyət 16:51
Bakıda külək ağacı qadının üzərinə aşırıb
Biləsuvarda yol qəzası olub,ölənlər var - Video
Cəmiyyət 14:06
Biləsuvarda yol qəzası olub,ölənlər var - Video
Leysan olacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
Cəmiyyət 12:58
Leysan olacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:44
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol