• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Şıx çimərliyində batan iki gəncin meyiti tapılıb - Yenilənib

Şıx çimərliyində batan iki gəncin meyiti tapılıb - Yenilənib
15.06.2025 18:48

Şıx çimərliyində batan iki gəncin meyiti tapılıb.Bu barədə FHN Mətbuat xidmətindən bildirilib.

Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

13:48

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
AZAL Çukurova Hava Limanına ilk reysini həyata keçirib
Cəmiyyət 20:35
AZAL Çukurova Hava Limanına ilk reysini həyata keçirib
Şıx çimərliyində batan iki gəncin meyiti tapılıb - Yenilənib
Cəmiyyət 18:48
Şıx çimərliyində batan iki gəncin meyiti tapılıb - Yenilənib
Bakıda yeni hərəkət zolağı yaradılıb
Cəmiyyət 18:20
Bakıda yeni hərəkət zolağı yaradılıb
Sabirabadda klinikada baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:17
Sabirabadda klinikada baş verən yanğın söndürülüb - Yenilənib
Naxçıvanda mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var
Cəmiyyət 17:15
Naxçıvanda mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var
Bakıda külək ağacı qadının üzərinə aşırıb
Cəmiyyət 16:51
Bakıda külək ağacı qadının üzərinə aşırıb
Biləsuvarda yol qəzası olub,ölənlər var - Video
Cəmiyyət 14:06
Biləsuvarda yol qəzası olub,ölənlər var - Video
Leysan olacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
Cəmiyyət 12:58
Leysan olacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:44
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol