• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Saatlıda pambıqçılıq üzrə beynəlxalq forum keçiriləcək

Saatlıda pambıqçılıq üzrə beynəlxalq forum keçiriləcək
16.06.2025 14:29

Bu il Saatlı rayonunda pambıqçılıq üzrə beynəlxalq forum keçiriləcək. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

Onun sözlərinə görə, forumda Azərbaycana dost olan və pambıqçılıq sahəsində zəngin təcrübəyə malik ölkələr - Pakistan, Türkiyə və Özbəkistandan nümayəndələr iştirak edəcəklər. Həmin ölkələrdən dəvət olunacaq kənd təsərrüfatı mütəxəssisləri pambıqçılıq sahəsindəki qlobal tendensiyalar, davamlılıq prinsipləri, suvarma texnologiyaları və ixrac strategiyaları barədə fikir mübadiləsi aparacaqlar.

O qeyd edib ki, forum Saatlıda təşkil ediləcək pambıqçılıq üzrə festival çərçivəsində təşkil ediləcək: “Azərbaycanın kənd təsərrüfatı sahəsində xarici bazarlara çıxarılan əsas məhsullardan biri pambıq mahlıcıdır: "Bu sahədə ölkənin ən qabaqcıl bölgələrindən biri Saatlı rayonudur. Burada həm əkilən pambıq sahələrinin həcminə, həm də məhsuldarlığa görə yüksək göstəricilər qeydə alınır".

"Festival Saatlı Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək və pambıqçılıq sahəsində yalnız məhsul istehsalının deyil, həmçinin emal prosesi, dəyər zənciri üzrə mərhələlər, müasir texnologiyalar, sənaye inteqrasiyası, və ixrac imkanları kimi mövzulara xüsusi diqqət yetiriləcək. Beləliklə, tədbir təkcə kənd təsərrüfatı yarmarkası deyil, eyni zamanda bilik, təcrübə və texnoloji əməkdaşlıq platforması rolunu oynayacaq”,-deyə o qeyd edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Cəmiyyət 16:45
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Cəmiyyət 16:33
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Cəmiyyət 16:10
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Cəmiyyət 15:36
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Cəmiyyət 14:26
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Bu liseydə rus dilində tədris dayandırılır
Cəmiyyət 13:54
Bu liseydə rus dilində tədris dayandırılır
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Cəmiyyət 13:45
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol