• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Sabah yağış gözlənilir - Hava proqnozu

Sabah yağış gözlənilir - Hava proqnozu
17.06.2025 13:00

Azərbaycanda iyunun 18-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Cəmiyyət 17:19
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 16:42
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Lerikə yeni prokuror təyin edilib
Cəmiyyət 16:02
Lerikə yeni prokuror təyin edilib
Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub
Cəmiyyət 15:02
Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub
Ölkədə boşananların sayı azalıb
Cəmiyyət 14:41
Ölkədə boşananların sayı azalıb
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 14:39
Əhalinin sayı açıqlanıb
Bu il ilk dəfə Astarada müəllimlər sertifikasiya prosesinə cəlb olunacaq
Cəmiyyət 14:22
Bu il ilk dəfə Astarada müəllimlər sertifikasiya prosesinə cəlb olunacaq
Çin 26 vətəndaşını Azərbaycan üzərindən İrandan təxliyə edib
Cəmiyyət 13:38
Çin 26 vətəndaşını Azərbaycan üzərindən İrandan təxliyə edib
Bakıda 33,5 mindən çox şagirdə attestatlar verilir
Cəmiyyət 13:35
Bakıda 33,5 mindən çox şagirdə attestatlar verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol