Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sözügedən döyüş sursatları iyunun 18-də saat 13:00-dan 17:00-dək təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
Son xəbərlər
Daha çox 