Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri vəfat edib

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, tanınmış publisist və şair Ramiz Məlikov vəfat edib. Bu barədə məlumat onun sosial media hesabında paylaşılıb.
Ramiz Məlikov uzun sürən xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişib.
O, "Duyğun" ədəbi imzası ilə tanınan şair və publisist idi və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.