Bakıda binanın damında qanunsuz hovuz sökülüb

Bakının Azadlıq prospekti 13 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq inşa edilən hovuz və tikili sökülüb. Bu barədə Nəsimi Rayon İcra Hakimiyyəti məlumat yayıb.
İcra Hakimiyyətinin açıqlamasına görə, qanunsuz tikililərin binanın dam örtüyü və konstruksiyası üçün təhlükə yaratdığı müəyyən edilib və dərhal söküntü işlərinə başlanılıb.
Hazırda həmin ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və tikilinin bərpa olunmasına yol verilməyəcəyi bildirilib.