Lənkərandakı qəzada xəsarət alan 5 ailə üzvünün vəziyyəti açıqlanıb

Lənkəran-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 5 nəfər – 4 qadın və 1 kişi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB məlumat verib.
Yaralılara ilkin tibbi yardım göstərilib. Onlardan biri vəziyyətinə görə Cərrahiyyə şöbəsinə köçürülüb, digər 4 nəfərin müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
Bütün yaralıların vəziyyəti qənaətbəxş hesab olunur.