Bu gün sertifikatlaşdırılma imtahanında 4228 müəllim iştirak edib

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98 % davamiyyət qeydə alınıb.
Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək.
Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcək.
Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.