Saatlıda 18 yaşlı gənc çayda boğulub

Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində gənc oğlan batıb.Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər