Çin və Koreyadan olan turistlər Azərbaycanda ən çox bu otelə gəlir
2025-ci ilin beş ayında Qaxda yerləşən "El Restort" otelinə 22000 nəfərdən çox turist gəlib. Bu barədə otelin rəhbəri Orxan Həsənov anews.az-a açıqlamasında deyib.
"Qax turist zonası olaraq daha çox xarici turistləri cəlb edir. Son beş ayda otelə gələn xarici turistlər arasında Çin və Koreyalı turistlər üstünlük təşkil edir. Yerli turistlər xarici turislərə nisbətən azdır",- otel rəhbəri bildirib.
"El Restort" otelində mövsümə uyğun olaraq qiymətlər 150-250 manat arasında dəyişir.

Otelin hazırda heç bir ulduz göstəricisi yoxdur. Burada müasir infrastruktur, geniş idman‑ və əyləncə imkanları təklif olunur.
Booking.com-a görə, otel “8.1/10” qiymətləndirilmiş, “heyət çox qonaqpərvər”, otaqlar “geniş və dağ mənzərəli” kimi high‑light olunur .
Qonaqlar xüsusi olaraq gözəl səhər yeməyi, təmizlik və dağ sakitliyini vurğulayırlar.
Gülnar Nazimqızı