Cəlilabadda mikroavtobusla motosiklet toqquşub, xəsarət alan var

Cəlilabadda yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
F. İbrahimovun idarə etdiyi "Mercedes Sprinter" markalı avtomobil Ramin Vəliyevin idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosiklet sürücüsü R.Vəliyev xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər