Faktiki hava açıqlanıb

İyunun 23-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçir.
Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Naftalan, Tərtər, Şəmkir, Balakən, Zaqatala, Şəkidə arabir leysan xarakterli yağış yağır.
Yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.