Jurnalist Fərid İsmayılovun yaxınları şikayət edib

"Toplum TV" işi üzrə həbs olunan jurnalist Fərid İsmayılovun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında pis rəftara məruz qalıb. Bu barədə onun ailə üzvü məlumat verib.
"Fəridin qanında şəkərin artması ilə bağlı problem var. Dərmanları alıb təcridxanaya göndərmişik. Amma təcridxanada Fəridi sistemi köçürmək üçün heç tibi otağına belə aparmırlar, saxlandığı kameranın nəfəsliyindən qolunu çıxarır və bu şəkildə sistem köçürürlər", - ailə üzvü bildirib.
Jurnalistin yaxınları qeyd edir ki, bu, gigiyenik deyil və başqa xəstəliklərə yol aça bilər.
Məsələ ilə bağlı Penitensiar Xidmətindən anews.az-ın sorğusuna cavab verilməyib.
Fərid İsmayılov bu ilin yanvarında saxlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
İsmayılova qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
“Toplum TV işi üzrə” digər təqsirləndirilən şəxslər III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev 2024-cü ilin mart ayında saxlanılıb.
Tatyana Kryuçkina
Son xəbərlər
Daha çox 