Azər Qasımlının cinayət işi üzrə məhkəmə keçirilib

İyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatətlə çıxış edib. Vəkil Rövşənə Rəhimli müvəkkilinin şüşə qəfəsdən çıxarılması və yanlarında əyləşdirilməsi ilə bağlı vəsatət qaldırıb.Vəsatət təmin edilməyib.
Vəkil Aqil Layıc isə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib. Cinayət işinə xitam verilməsi ilə bağlı da məhkəməyə vəsatət təqdim edilib.
Azər Qasımlı bildirib ki, özünü iş üzrə təqsirli bilmir, əksinə, zərərçəkmiş şəxsdir. O, vəsatətlərin təmin edilməsini istəyib.
Məhkəmə həbs qətimkan tədbiriin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib. Digər vəsatətlərə isə növbəti prosesdə baxılacaq.
Növbəti məhkəmə prosesi iyulun 2-nə təyin edilib.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham olunur.
Son xəbərlər
Daha çox 