• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Bugün Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçiriləcək

Bugün Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçiriləcək
29.06.2025 09:01

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 4-də imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.Bu barədə DİM-dən bildirilib.

 İmtahan Bakı və Naxçıvan şəhərlərində 7 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmaycaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- şəxsiyyət vəsiqəsində şəkli olmayanlar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Test imtahanında 30 tapşırıq təqdim olunacaq:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 128 nəzarətçi ayrılıb, 20 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanda 6 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi keçirilir - Yenilənib
Cəmiyyət 13:15
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi keçirilir - Yenilənib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 12:50
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirlər ləğv edilib
Cəmiyyət 12:03
Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirlər ləğv edilib
Prokurorluq Masallıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb - Yenilənib
Cəmiyyət 11:10
Prokurorluq Masallıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb - Yenilənib
Naxçıvanda yol qəzası olub, ölənlər və yaralananlar var
Cəmiyyət 10:29
Naxçıvanda yol qəzası olub, ölənlər və yaralananlar var
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Cəmiyyət 09:51
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bugün Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçiriləcək
Cəmiyyət 09:01
Bugün Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçiriləcək
ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək
Cəmiyyət 19:00
ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol