Qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək

Yekaterinburqda qətlə yetirilən azərbaycanlı qardaşların nəşi bu gün axşam saatlarında Bakıya çatdırılıacaq.Bu barədə onun qardaşı Seyfəddin Hüseynli anews.az-a açıqlamasında deyib.
O bildirib ki, təyyarənin axşam saat 19:30-da Bakıya çatması gözlənilir.
Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirərək Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb,döyülmə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.
Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Aytac