Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsi keçmiş Hüseyn Abdullayevin hökmü ilə bağlı verilən qərar barəsində edilən şikayəti təmin etməyib.
Qərar birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Sabiq deputat Hüseyn Abdullayev bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadıqdan məhrum edilib.
Martın 7-də Hüseyn Abdullayeva qarşı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqaallaşdırılması maddəsi ilə yeni cinayət işi açılıb.
Sabiq deputat 2018-ci il altı il müddətində azadlıqdan məhrum edilib. Onun həbs müddəti bu ilin aprelində bitirdi. Lakin yeni cinayət ittihamı ilə əlaqədar Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs tədbiri seçib.
Hüseyn Abdulayev 2005-ci il Milli Məclisin deputatı seçilib. 2007-ci il Nazirlər Kabinetinin qərarına etiraz edərək hesabata qarşı çıxıb. Bundan sonra Milli Məclisin fövqəlada iclası çağırıılıb və onun mandatı əlindən alınıb.
2012-ci Almaniyaya mühacir kimi gedib və bil sonra beynəlxalq axtarışa verilib.
2018-ci il Abdullayev Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.
Gülnar Nazimqızı