Baş ProkurorluqCümşüdün batdığı kanalın kimin balansında olmasını açıqlayıb

Azərbaycan Baş Prokurorluğunda iyunun 26-da Bakıda yer səthinin çökməsi nəticəsində bir nəfərin ölümü ilə bağlı cinayət işi başlayıb. Bu barədə qurumdan bildirilib.
1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü saat 20:30 radələrində Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən təmizləmə anbarında aşkar edilib.
Prokurorluğun məlumatına görə, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Bakı Su Kanal İdarəsinin balansındadır və həmin qurum tərəfindən istismar olunur.
Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
Gülnar