İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində Azər Tağıyevin hakimliyi ilə keçirilən prosesdə 8 nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
21:16
Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluğu ilə bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb.
APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılır.