• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Deputat təklif edir ki, kazino turizmi Naxçıvan və Şahdağa da həyata keçirilsin/Video

Deputat təklif edir ki, kazino turizmi Naxçıvan və Şahdağa da həyata keçirilsin/Video
04.07.2025 13:00

Kazino oyunları təksə süni adalarda deyil turistlərin gəldiyi başqa məkanlarda da qurula bilər. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

“Kazino oyunları indiki halda təkcə Seebreaze ərazisində keçərli olacaq. Bu oyunlar Naxçıvanda da təşkil oluna bilər. Türkiyədən İrandan gələn turistlər cəlb edilə bilər. Şahdağ turizm məkanında da bunu qurmaq yaxşı olar. Burada bir rəqabət yaratmaq lazımdır. Qanunla bu məsələni tənzimləyə bilərik”, - deputat  “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanuna münasibət bildirərkən deyib.

Deputat Əli Hüseynli cavabında bildirib ki, kazino fəaliyyətinə qadağa artıq mərhum Heydər Əliyev dövründə tətbiq olunub və hələ də qüvvədədir. Hazırkı dəyişiklik yalnız süni torpaq sahələrinin yaradılması haqqında qanuna əlavə məqsədilə təqdim edilib.

Qüdrət Həsənquliyev də həmkarına cavab olaraq deyib ki, əgər məsələyə eks president Heydər Əliyevin qadağaları ilə bağlı qanunlara münasibətdə yanaşsaq heç bir qanuna dəyişiklik edilməməlidir.

“Mərhum prezidentin dövründə bir çox qəbul edilən qanunları burada dəyişmişik. Bu cür qanunlar zamanın tələbinə görə dəyişir. Sərf edəndə bunu edirik, etməyəndə yox”, - deputat əlavə edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:22
Sabahın hava proqnozu açıqlanıb
Bakıda yeni marşrut xətti istifadəyə verilib
Cəmiyyət 11:13
Bakıda yeni marşrut xətti istifadəyə verilib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:55
Faktiki hava açıqlanıb
Şamaxıda zəlzələ olub
Cəmiyyət 09:04
Şamaxıda zəlzələ olub
Cəlilabadda ikimərtəbəli ev yanıb
Cəmiyyət 23:53
Cəlilabadda ikimərtəbəli ev yanıb
Azərbaycanda benzin istehsalı azalıb
Cəmiyyət 22:00
Azərbaycanda benzin istehsalı azalıb
Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir
Cəmiyyət 21:00
Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir
“OpenAI” ağıllı cihazlar bazarına girir
Cəmiyyət 20:30
“OpenAI” ağıllı cihazlar bazarına girir
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
Cəmiyyət 20:00
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol