"Mahir ay brat" ləqəbli meyxanaçı azadlığa buraxılıb

"Mahir ay brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyev azadlığa buraxılıb.
Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü əsas tutaraq ona yenidən elektron qolbaq tətbiq edib və o, məhkəmə zalından azad olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyevə 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Ötən ay elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası Yasamal Rayon Məhkəməsi tərəfindən ləğv edilib və ona azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Son xəbərlər
Daha çox 