Faktiki hava açıqlanıb

Azərbaycanda iyulun 4-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində küləkli hava şəraiti davam edir.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23, Culfada 22, Neftçala və Gəncədə 20, Goranboyda 19, Naftalanda 18, Şirvanda 16 m/s-yə çatır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında və Naxçıvan MR-da 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.
Son xəbərlər
Daha çox 