• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bakı-Xankəndi-Laçın istiqamətində növbəti avtobus reysi istifadəyə veriləcək

Bakı-Xankəndi-Laçın istiqamətində növbəti avtobus reysi istifadəyə veriləcək
05.07.2025 11:59

İyulun 7-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verəcək.Bu barədə agentlikdən məlumat verilib.

Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30, Xocalı rayonundan isə 11:00-da yola düşəcək.

Bakı-Laçın və əks stiqamətdə biletin qiyməti 16,1 manat, Bakı-Şuşa 14,8 manat, Bakı-Xankəndi  14,2 manat, Bakı-Xocalı istiqamətində isə 13,9 manat təşkil edir.

Biletləri yalnız “biletim.az” portalı üzərindən onlayn qaydada əldə etmək olar.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Bakı-Xankəndi-Laçın istiqamətində növbəti avtobus reysi istifadəyə veriləcək
Cəmiyyət 11:59
Bakı-Xankəndi-Laçın istiqamətində növbəti avtobus reysi istifadəyə veriləcək
Oğuzun iki kəndində qaz kəsiləcək
Cəmiyyət 11:00
Oğuzun iki kəndində qaz kəsiləcək
Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub
Cəmiyyət 09:49
Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub
Bu gün Aşuradır
Cəmiyyət 08:56
Bu gün Aşuradır
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 20:52
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol