Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb.
Həmin şəxsin narkotiki satış məqsədilə İran sakinindən əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, Orxan Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
Daha çox 