Ağdərədə 46 yaşlı kişi mal-qara otararkən minaya düşüb

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Daha çox 