• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıb

Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıb
11.07.2025 12:57

Azərbaycanda lisey və gimnaziyalara qəbul üzrə 25–27 iyun tarixlərində keçirilmiş imtahanların nəticələri açıqlanıb. Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) məlumat yayıb. 

İmtahanlara ümumilikdə 29 min 375 şagird qeydiyyatdan keçib, onlardan 26 min 619 nəfəri ölkə üzrə 52 imtahan mərkəzində iştirak edib. İmtahan prosesi ümumilikdə uğurla təşkil olunub.

Lakin imtahanın gedişində bəzi hallarda qayda pozuntuları aşkar edilib və bu hallar məsul şəxslər tərəfindən aktlaşdırılıb. Təlimata uyğun olaraq, pozuntuya yol verən şagirdlərin nəticələri ləğv olunub.

Nəticələrin ətraflı təhlili zamanı bəzi uyğunsuzluqlar müəyyən edilib və təxminən 200 şagirdin nəticəsinin əlavə araşdırılması zəruri hesab olunub. Bu məqsədlə ARTİ-də xüsusi komissiya yaradılıb. Araşdırma prosesi şagirdlərin və valideynlərin iştirakı ilə həyata keçiriləcək.

Təhsil İnstitutu bildirib ki, aparılan tədbirlər şəffaflığın təmin olunması və bütün iştirakçıların hüquqlarının qorunması məqsədi daşıyır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol