Beş ayda 1 264 əkiz, 57 üçəm doğulub

2025-ci ilin yanvar-mayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 38 min 836 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Doğulan körpələrdən 1 264-ü əkiz, 57-si isə üçəm olub.
Son xəbərlər
Daha çox 