• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı iki dəfə artıb

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı iki dəfə artıb
11.07.2025 15:46

2025-ci ilin ilk altı ayı ərzində “biletim.az” portalı vasitəsilə 337 321 bilet onlayn qaydada satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artım deməkdir. Bu barədə məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yayıb.

Rəsmi statistikaya əsasən, qabaqcadan satılmış biletlərin xüsusi çəkisi ötən ilin eyni dövründə 17% təşkil edirdisə, bu il bu göstərici 32,1%-ə yüksəlib.

Agentlik bildirir ki, bu artım sərnişinlərin avtovağzal xidmətlərinə inamının artdığını göstərir.

Hazırda portal üzərindən 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür.

Sistemə 373 nəqliyyat vasitəsi ilə 326 reys qoşulub. Agentlik bildirib ki, onlayn bilet satışı sistemi mərhələli şəkildə bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Sərnişinlərə rahat və təhlükəsiz səyahət üçün bilet əldə etməyi “biletim.az” portalı vasitəsilə onlayn şəkildə həyata keçirmək tövsiyə olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol