Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyul ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib. Bu barədə agentlikdən məlumat verilib.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu da muxtar respublika üzrə iyul ayının pensiya ödənişlərini həyata keçirib.
Nazirlik bildirir ki, respublikanın digər bölgələri üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri ay ərzində müvafiq qrafik üzrə icra olunacaq.
Son xəbərlər
Daha çox 