• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
12.07.2025 12:10

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir:

"Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər, həmçinin isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Bununla əlaqədar nazirlik əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki,

- əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;

- sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;

- siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;

- fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;

- təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin və tonqalı nəzarətsiz qoymayın;

- tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin – tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;

- küləkli havada tonqal qalamayın;

- yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır;

elektrik mənşəli yanğınların qarşısının alınması üçün evlərdə və iş yerlərində elektrik şəbəkəsi çox yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, profilaktik sınaqlar keçirilərək aşkar edilmiş qüsurların təmir olunması təmin edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin"!

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol