Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb

Naftalan şəhərində yerləşən sanatoriyalardan birində 37 yaşlı kişinin meyiti aşkarlanıb.
APA-nın məlumatına görə, vəfat edən şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Z.Kafarovdur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, Z.Kafarov ürək tutmasından dünyasını dəyişib.
Məlumata əsasən, o, Özbəkistandan Naftalana istirahət məqsədilə gəlib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox 